Dabaqla bağlı peyvəndləmə yekunlaşıb

Dabaqla bağlı peyvəndləmə yekunlaşıb
# 02 sentyabr 2016 10:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Dabaq xəstəliyi ilə bağlı peyvəndləmə işləri başa çatıb”.

APA-nın xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. O bildirib ki, hazırda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyi ilə bağlı peyvəndləmə işi aparılır: “Bu işlərin sentyabrın sonuna qədər başa çatdırılması nəzərdə tutulub”.

Nazir müavini qeyd edib ki, hazırda ölkədə epidemioloji vəziyyət tam sabitdir, kütləvi xəstəlik halları müşahidə olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR