Azərbaycanda sığorta bazarının 80%-dən çoxu könüllü formalaşıb

Azərbaycanda sığorta bazarının 80%-dən çoxu könüllü formalaşıb
# 23 fevral 2015 15:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar ayında sığorta haqlarının 80,9%-i və ya 50,9 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır.

İcbarı sığorta növləri üzrə yığımlar isə 12 mln. manat və ya bazarın 19,1%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 2 dəfə böyüyüb.

Ötən ay ümumi ödənişlərin 73,1%-i və ya 7,5 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 32,9% artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 2,8 mln. manat və yaxud ümumi bazarın 26,9%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 15,7% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 14,8 manat ödəniş həyata keçirilib. 2014 cü ilin eyni dövründə bu göstərici 10,3 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə 40,2 manatdan 23,1 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR