Pakistanın “Diplomatic Star” jurnalında Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məqalə çap edilib

Pakistanın “Diplomatic Star” jurnalında Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məqalə çap edilib
# 17 noyabr 2015 11:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Pakistanın “Diplomatic Star” jurnalında “İslamabad Münaqişələrin Həlli İnstitutu” düşüncə mərkəzinin icraçı direktoru, siyasi ekspert Sabah Aslamın “Azərbaycanda keçirilmiş parlament seçkiləri və onun regional əhəmiyyəti” başlıqlı analitik məqalə çap edilib.

Azərbaycanın Pakistandakı Səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə qeyd olunur ki, cəmi 24 illik müstəqilliyə baxmayaraq, Azərbaycanda xalqın tələbləri əsasında qurulan, cəmiyyətin müxtəlif sinif və qruplarını əhatə edən demokratik idarəçilik bərqərar etmək mümkün olub. “Azərbaycan rəhbərliyinin xalqa sadiqliyi və bu yolda qərarlı olması bu ölkənin sürətli inkişafının arxasında duran əsas amildir. Ölkə rəhbərliyi daxili və xarici siyasət xəttini müəyyənləşdirərkən milli maraqları əsas götürməklə vətənpərvərlik nümayiş etdirir ki bu da dövlətin rifahını və tərəqqisini şərtləndirir. Bu uzaqgörən siyasət nəticəsində indi Azərbaycanı regionun sülh adası adlandırmaq mümkündür. Bir noyabr parlament seçkilərində də Azərbaycan xalqının rifah, tərəqqi, sülh və sabitliyə dərin inamını daha aydın görmək mümkün olub. Müxtəlif siyasi partiya mənsubu və bitərəf 767 namizəd Milli Məclisin 125 mandatı uğrunda mübarizə aparıb, Yeni Azərbaycan Partiyası bu mandatlardan 70-ni qazanıb. Bu seçkilərdə yenidən qalib gəlmiş partiya öz bacarığını və ictimai-siyasi uğur və iqtisadi inkişaf baxımından daha kamil şəkildə xalqa xidmət edəcəyini göstərib”,- deyə məqalədə bildirilir.

Müəllif Azərbaycanın müxtəlif inkişaf mərhələlərindən keçdiyini, ölkənin iqtisadi inkişafının hökumətin bacarığını sübut etdiyini, beynəlxalq arenada Azərbaycanın öz mövqeyini gündən-günə möhkəmləndirdiyini ifadə edib.

O, keçirilmiş parlament seçkilərinin regional əhəmiyyətinə toxunub, iqtidar partiyasının qalib gələrək gücünü artırdığını, bunun önəmli olduğunu, çünki hazırkı Azərbaycan iqtidarının regional əməkdaşlığa, həmçinin Azərbaycan-Pakistan münasibətlərinə böyük önəm verdiyini, 1 noyabr qələbəsi ilə regional və ikitərəfli əlaqələrin daha da genişlənəcəyini nəzərə çatdırıb. Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrindən bəhs edən müəllif, hər iki ölkə hakimiyyətinin bu münasibətlərinin əhəmiyyyətinin fərqində olduğunu, siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələri üzrə əməkdaşlığın qarşılıqlı faydalılıq və rasionallıq zəminində daha da inkişafı üçün yollar axtarıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR