Bakıda Aİ-nin Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dəstək layihəsinin təqdimatı olub

Bakıda Aİ-nin Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dəstək layihəsinin təqdimatı olub
# 02 sentyabr 2016 09:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsinin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbir Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Aİ-nin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə bildirilib ki, 2018-ci ilin mayın 18-dək davam edəcək. Layihə KTN, Fransanın Qida, Kənd Təsərrüfatı və Meşə Əraziləri Nazirliyi, Macarıstanın Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsi tərəfindən həyata keçiriləcək.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, 1994-1995-ci illərdən etibarən Azərbaycanda həyata keçirilən aqrar islahatlara Aİ hər zaman dəstək verib.


Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə layihənin əhəmiyyəti haqda danışıb.

Fransa səfirinin müavini Fabyen Dru-Lozinski və Macarıstan səfirinin müavini Laslo Makk layihə icraçılarına uğurlar arzulayıblar.


DBNX-nın rəisi vəzifəsini icra edən Azər Süleymanov isə bildirib ki, tvinninq layihəsinin əsas hədəfi Azərbaycanda kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi sahəsində vəziyyətin yaxşılaşdırılmasına töhfə verməkdir.

Tədbirdə tvinninq layihəsinin tərkib hissəsi olan 4 komponentin təqdimatı da olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR