Bilik Fondu Dağlıq Qarabağın Azərbaycanlı İcması və şuşalılarla görüş keçirib

Bilik Fondu Dağlıq Qarabağın Azərbaycanlı İcması və şuşalılarla görüş keçirib
# 20 fevral 2015 09:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və fondun əməkdaşları Şuşa Rayon İcra Hakimiyyətində Dağlıq Qarabağın Azərbaycanlı İcması və şuşalılarla görüşüblər.

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Bilik Fondunun nümayəndəsi, Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, millət vəkili Elman Məmmədov iştirak ediblər.

Əvvəlcə Şuşa Şəhər Yaradıcılıq Mərkəzi yetirmələrinin rəsmlərindən ibarət sərgi nümayiş olunub. B.Səfərov bildirib ki, ölkə prezidentinin fərmanı ilə Bilik Fondunun yaradılması Azərbaycanın təkcə təhsil sahəsində deyil, bütün sahələrdə uğurlu inkişafına təkan olacaq.

İcraçı direktor O.Səmədov Bilik Fondunun fəaliyyəti barədə məlumat verib. Qısa zaman ərzində Fondun həyata keçirdiyi layihələrdən danışan O.Səmədov qarabağlıların genetik istedada malik olduqlarını və cəmiyyətin maarifləndirilməsində onların danılmaz rolunu xüsusi vurğulayıb.

Tədbir istedadlı şuşalı məktəblilərin ifasında səsləndirilən muğamlarla sona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR