Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr olunub

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr olunub
# 14 noyabr 2015 14:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Tacikistandakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki “İrfon” nəşriyyatında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr etdirilib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 272 səhifəlik kitabda Dağlıq Qarabağın tarixi, habelə Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəbləri ilə bağlı elmi-sənədli faktlar yer alıb.

Tacikistan ictimaiyyəti üçün Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının yalan və uydurmalar üzərində qurulduğu barədə ətraflı məlumat verilir.

Kitab Tacikistan elmi ictimaiyyəti və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Kitabın redaktoru Tacikistan himninin sözlərinin müəllifi, xalq şairi Gulnazar Geldi, tərcüməçilər isə Tacikistan alimləri Olim Xocamurod və Bahriddin Cuyodur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR