Füzulinin cəbhə bölgəsində yerləşən kəndinə içməli su verilib - FOTOSESSİYA

 Füzulinin cəbhə bölgəsində yerləşən kəndinə içməli su verilib - <span style="color: red;">FOTOSESSİYA
# 04 iyun 2015 14:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərsu” ASC içməli su çatışmazlığının müşahidə olunduğu ucqar kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələrin icrasını davam etdirir.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu gün cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Yağlıvənd kəndinə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edərək bildirib ki, rayonun işğaldan azad olunan kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni artezian quyuları qazılır, bulaq və kəhrizlər sakinlərin istifadəsinə verilir, yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində işlər davam etdirilir.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə sərhədyanı kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

“Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində əhalinin sosial-iqtisadi problemlərinin həlli ölkə rəhbərliyinin diqqətindədir. Prezident İlham Əliyev cəbhə bölgəsində və sərhədyanı kəndlərdə su təchizatı infrastrukturlarının yaradılması ilə bağlı ciddi tapşırıqlar verib. Füzuli rayonunun Yağlıvənd kəndinin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkib və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərib. Bunları nəzərə alaraq Yağlıvənd kəndində yeni layihənin icrasına başlanılıb və qısa müddətdə işlər başa çatdırılıb”, - deyə V.Həsənov bildirib.

Qeyd edək ki, Yağlıvənd kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2014-cü ilin payızında başlanıb. Layihə çərçivəsində bir ədəd subartezian quyusu qazılıb, 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilib. Kənd daxilində 17 yerdə bulaqlar quraşdırılıb. Layihənin icrasının başa çatması nəticəsində 1 650 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR