Bank Of Baku

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb
# 28 iyun 2018 10:03 (UTC +04:00)

Gürcüstanda ötən həftə beş narkotik alverçisi saxlanılıb.

 

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslərin 4-ü Marneuli rayon sakinidir.

 

Saxlanılan şəxslərin sistematik olaraq narkotik vasitələr satdığı müəyyən olunub. Onlardan birinin evində axtarış zamanı 5 bağlama heroin aşkar olunub. Saxlanılan şəxsləri 7 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  


Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ukrayna vətəndaşı da yaxalanıb. Onun internet və mobil əlavələr vasitəsilə narkotik vasitə satdığı müəyyən olunub. Əcnəbi vətəndaşın üzərində axtarış zamanı satış üçün hazırlanmış 8 bağlama sintetik narkotik vasitə müsadirə olunub. Onu 6 ildən 12 ilədək həbs cəzası gözləyir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR