Bu gün Minskdə Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bu gün Minskdə Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
# 10 mart 2015 08:45 (UTC +04:00)

"APA-Economics"in Belarusun "BelTA" agentliyinə istinadən verdiyi xəbərə görə, iclasa Belarus baş nazirinin birinci müavini Vasili Matyuşevski və onun azərbaycanlı həmkarı Yaqub Eyyubov həmsədrlik edəcək.

İclasın gündəliyinə Azərbaycan Prezidenti İlham Əliyevin cari il ərzində baş tutacaq Belarusa rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin razılaşdırılması daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR