Bakıda yeni informasiya tabloları - XÜSUSİ REPORTAJ - VİDEO

Bakıda yeni informasiya tabloları - <span style="color: red;">XÜSUSİ REPORTAJ  - <span style="color: red;">VİDEO
# 05 iyun 2015 08:32 (UTC +04:00)

APA TV-nin məlumatına görə, bununla bağlı NİİM-in mərkəzi ofisində ümumi izləmə monitoru artıq yenilənib. Mərkəz qərargah kimi fəaliyyət göstərir. Aidiyyəti üzrə bütün qurumların səlahiyyətli nümayəndələri növbəli iş saatı ilə 24 saat mərkəzdə fəaliyyətə başlayacaq.

Görülən işlərin bir hissəsi də məlumat informasiya tabloları ilə bağlıdır. Əvvəllər paytaxtda 48 ədəd məlumat informasiya tablosu var idisə, indi bu rəqəm artıb. Yeni quraşdırılmış tablolar isə əvvəlkilərdən çox fərqlənir.

Paytaxtın 8 nöqtəsində - Oyunların keçiriləcəyi ərazilərdə yeni tipli və ikitərəfli məlumat informasiya tabloları quraşdırılıb. Bu tabloların əvvəlkilərdən üstünlüyü ondan ibarətdir ki, sürücü eyni anda 5-6 məlumatı birdən əldə edəcək. Belə ki, onlar bu tablolar vasitəsilə yoldakı vəziyyəti, sürət həddini, havanın temperaturunu, vaxtı, küləyin sürətini və bir neçə məlumatı görə biləcəklər.

NİİM-in mətbuat katibi Şəfa Mehmanqızı bildirib ki, bu tablolar daha kompaktdır: "Sürücülər görüntünü mükəmməl şəkildə daha uzaqdan izləyə bilər. Düşünürük ki, Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə bu yoldan istifadə edəcək sürücülər bu məlumatlardan kifayət qədər yararlanacaqlar. İstənilən əcnəbi vətəndaş da bu məlumatları görüb anlaya bilər".

Yeni quraşdırılmış tablolardakı sarı işıq yoldakı sıxlığı, qırmızı işıq tıxacı, yaşıl işıq isə yolun boş olduğunu göstərir.

Şəfa Mehmanqızı: "Bu tablolar quraşdırılarkən əlavə olaraq biz Lökbatan dairəsi yaxınlığında Bakıya girişdə rayondan gələn sürücülər üçün bir məlumat informasiya tablosu quraşdırdıq ki, rayondan gələn sürücülər öz yollarını, istiqamətlərini məhz bu tablo vasitəsilə müəyyən edə bilsinlər. Hansısa yolda sıxlıq varsa, onlar digər yoldan istifadə edəcəklər. Hətta Bakıya girişdə yolun düzgün istiqamətlərini bilməyən sürücülər məhz bu tablolar vasitəsilə müəyyən hərəkət xəttini seçə biləcəklər".

Gələcəkdə bu kimi tabloların paytaxtın bütün ərazilərində quraşdırılması düşünülür.

Qeyd edək ki, Ziya Bünyadov prospektində 8, Bakı dairəvi yolunda 4, Abdulvahab Salamzadə küçəsində 2 ədəd yeni tablo quraşdırılıb. Hələlik bu tablolar test rejimindədir. Oyunlar başlayana yaxın isə tam fəaliyyətə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR