ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş gələn ay Azərbaycana səfər edəcək

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş gələn ay Azərbaycana səfər edəcək
# 23 fevral 2015 15:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş və qurumun sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi İqnasio Sançes Azərbaycana səfər edəcək.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, səfər martın 15-16-da regiona səfər çərçivəsində baş tutacaq.

B. Muradova qeyd edib ki, hər iki şəxsin səfəri əvvəldən gözlənilsə də, dəqiq tarix ATƏT PA-nın qış sessiyası zamanı keçirilən görüşdə məlum olub: “Sançes və Suareş Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistana da səfər edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR