Bakının “İnter” klubu braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Bakının “İnter” klubu braziliyalı hücumçu ilə müqavilə imzalayıb
# 07 iyul 2015 11:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” digər tərəfdən “transfer bazarı”ndakı fəallığını da davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı klubu bu gün daha iki futbolçu ilə anlaşıb.

“İnter” “Simurq”un kapitanı İlkin Qırtımov və Albaniyanın “Skenderbeu” klubunda çıxış edən braziliyalı Dieqo de Souza Martinsi rənglərinə bağlayıb. Milli komandamızın müdafiəçisi Qırtımov yeni komandası ilə 6 aylıq müqaviləyə qol çəkib. Hazırda klubun düşərgəsində olan hücumçu Martins isə “İnter”lə 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, “İnter” buna qədər Yuri Fomenko, Rauf Əliyev, Mirhüseyn Seyidov, Denis Silva, Laşa Kasradze, Xuan Fransisko, Novruz Məmmədov, Nika Kvekveskiri, Tural Qürbətov, Zurab Xizanişvili, Elnur Abdullayev və Stepan Polyakı heyətinə cəlb etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR