Azərbaycan-Rusiya sərhədində yerləşən Xanoba keçid məntəqəsi fəaliyyətini bərpa edib - VİDEO

Azərbaycan-Rusiya sərhədində yerləşən Xanoba keçid məntəqəsi fəaliyyətini bərpa edib - <span style="color: red;">VİDEO
# 11 noyabr 2015 10:36 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonu ərazisində yerləşən Xanoba keçid məntəqəsi bu gündən fəaliyyətini bərpa edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ötən ayın 15-də bağlanan Rusiyanın Tahirkənd Qazmaları sərhəd-keçid məntəqəsində aparılan təmir işləri artıq yekunlaşıb.

Qeyd edək ki, məntəqənin bağlı olduğu müddətdə Rusiyaya keçmək istəyənlər Qusar rayonu ərazisində yerləşən Şirvanovka keçid məntəqəsindən istifadə ediblər. Bu müddət ərzində Samur gömrük keçid məntəqəsi avtomobillərin qonşu ölkəyə vaxtında və növbəsiz keçməsi üçün gücləndirilmiş iş rejiminə işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR