Məhkəmə İsrafil İsrafilovun iddiasını təmin edib

Məhkəmə İsrafil İsrafilovun iddiasını təmin edib
# 30 dekabr 2015 12:23 (UTC +04:00)

Bakı-APA. Nəsimi rayon Məhkəməsində Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilovun iddiası üzrə məhkəmə prosesi başa çatıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə qətnaməsi elan edilib. Qətnaməyə görə, Məmmədov Ənvər Yusif oğlu (Ənvər Börüsoy) bir sıra saytlarda yerləşdirilmiş yazılara görə, İ. İsrafilovdan üzr istəməklə təkzib verməlidir.

Bundan əlavə Ə. Məmmədov vurduğu mənəvi zərərə görə 2 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, Ə. Börüsoy tərəfindən qəzetlərdə və internet saytlarında Akademik Milli Dram Teatrı və teatrın direktoru haqqında yazılar dərc edilib. Həmin yazılardan sonra İ. İsrafilov məhkəməyə müraciət edərək işgüzar nüfuzunu ləkələyən məlumatların həqiqətə uyğun olmaması barədə həmin internet saytlarında və qəzetlərdə Ə. Məmmədov tərəfindən üzr istənilməklə təkzib verilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR