Lənkəranda minik avtomobili maneəyə çırpılıb, sürücü ağır xəsarət alıb

Lənkəranda minik avtomobili maneəyə çırpılıb, sürücü ağır xəsarət alıb
# 20 may 2016 07:30 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, mayın 20-də səhər saatlarında rayonunun Sütəmurdov kəndi ərazisində Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Nazim oğlu Səfərlinin idarə etdiyi “Chevrolet” markalı, 42 BV 078 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Güclü zərbədən qapalı kəllə-beyin travması və digər bədən xəsarətləri alan sürücü dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkim nəzarəti altına götürülmüş E. Səfərliyə müvafiq tibbi yardım göstərilib, vəziyyəti ağırdır.


Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR