Gəncə sakini ağacdan yıxılaraq xəsarət alıb

Gəncə sakini ağacdan yıxılaraq xəsarət alıb
# 30 may 2016 21:29 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini ağacdan yıxılaraq xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1959-cu il təvəllüdlü Fizuli Quliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə F. Quliyev yaşadığı evin həyətində əncir ağacından yıxılaraq xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR