Elsevər Ağayev: “Təcili yardımın pullu olması bu gün səhiyyənin qarşısında duran məsələ deyil”

Elsevər Ağayev: “Təcili yardımın pullu olması bu gün səhiyyənin qarşısında duran məsələ deyil”
# 08 sentyabr 2016 11:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda təcili yardım xidmətinin pullu olması bu gün Səhiyyə Nazirliyinin qarşısına qoyduğu məsələ deyil”.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavini deyib ki, bu gün təcili yardıma dövlət tərəfindən vəsait ayrılır, il ərzində çağırışların sayı çəkilən xərcə bölünür və orta rəqəm çıxarılır: “Təzyiq, temperaturu ölçmək üçün təcili yardımın çağırılması doğru deyil. Amma təcili yardımın pullu olması bu gün üçün səhiyyənin qarşısında duran məsələ deyil. Bugünkü strategiya ondan ibarətdir ki, dövlət səhiyyəsində tibbi xidmətlər pulsuzdur. Ölkədə icbari tibbi sığortaya keçən zaman tibb müəssisələrinin, təcilin yardımın da müəyyən hissəsinin gələcəkdə pullu olması mümkün ola bilər”.

Azərbaycanda dövlət tibb müəssisələrinin özəlləşdirilməsi barədə sualı cavablandıran Elsevər Ağayev qeyd edib ki, bu barədə açıqlama vermək mümkün deyil: “Amma gələcəkdə yəqin ki, bu da olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR