"Azəryolservis": Qubanın 6 kəndinə aparan yol bağlanıb

"Azəryolservis": Qubanın 6 kəndinə aparan yol bağlanıb
# 04 dekabr 2015 09:57 (UTC +04:00)

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

A. Nəcəflinin sözlərinə görə, ötən gün yağan güclü qar 6 kəndə gedən yolun bağlanmasına səbəb olub, lakin yolların açılması istiqamətində işlər aparılır: "Bostankeş-Xınalıq ərazisində iki kəndə gedən yol açılıb. Digər 4 kəndə gedən yolların açılması istiqamətində işlər aparılır. Bostankeşdən Quba istiqamətinə və Qubadan Xınalığa doğru olan yolda, hər iki tərədə hal-hazırda texnika işləyir. Bilirsiniz ki, Quba-Xınalıq yolu ən təhlükəli yollardan biridir. Buna görə, həmin ərazidə texnika ehtiyatla çalışır. Gün ərzində digər kəndlər arasında olan yollar da açılacaq".

Onun sözlərinə görə, Şamaxı rayonunun Pirqulu-Dəmirçi yolunda müəyyən problemlər olsa da, ötən gecə problem aradan qaldırılıb və nəqliyyat vasitələri rahat şəkildə işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR