Ədliyyə Nazirliyi cinayət işlərinin ibtidai araşdırmasına mane olacaq informasiyaları açıqlamayacaq

Ədliyyə Nazirliyi cinayət işlərinin ibtidai araşdırmasına mane olacaq informasiyaları açıqlamayacaq
# 26 fevral 2016 09:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qaydalar ədliyyə orqanlarında, habelə Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya ehtiyatlarında mövcud olan informasiyalardan hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə olunmasının təmin edilməsi üçün Ədliyyə Nazirliyinin daxili icraat qaydalarını tənzimləyir.

Qaydaya əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Dəyişikliklə bu sahədə şərtlər artırılıb. Başqa sözlə, informasiyanın əldə edilməsinə həm də o şərtlə icazə veriləcək ki, bu, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR