Azərbaycanda Dağıstan mədəniyyəti günləri keçiriləcək

Azərbaycanda Dağıstan mədəniyyəti günləri keçiriləcək
# 05 may 2016 17:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanda Dağıstanın mədəniyyət günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin təşkilatçılığı keçiriləcək tədbir 12-13 may tarixində baş tutacaq.

Mədəniyyət günlərinin açılışı Heydər Əliyev Sarayında baş tutacaq.

Tədbirdə Dağıstan incəsənət ustalarının iştirakı ilə konsert proqramı və sarayın foyesində “Dağıstan: tarix və müasirlik” adlı dekorativ-tətbiqi sənət sərgisi təqdim ediləcək. Konsert proqramında məşhur “Ləzginka” Akademik Rəqs Ansamblı, “Xasavyurt” Dövlət Rəqs Ansamblı və solistlərin iştirakı nəzərdə tutulur.

Mədəniyyət günləri çərçivəsində Dağıstanda fəaliyyət göstərən teatrların kollektivləri Xaçmaz, Balakən, Zaqatala, Qusar rayonlarında tamaşalar nümayiş etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR