BMT-nin tədbirində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib

BMT-nin tədbirində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
# 06 noyabr 2015 13:29 (UTC +04:00)

Bakı – APA. Sankt-Peterburqda BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyası keçirilib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada Azərbaycanın təşəbbüsü ilə “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə qəbul edilib.

Azərbaycanın irəli sürdüyü bu qətnaməyə Əlcəzair, Banqladeş, Braziliya, Kamboca, Fici, İndoneziya, İsrail, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Oman, Paraqvay, Peru, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Fələstin Dövləti, Sudan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam həmmüəllif kimi qoşulub.

Qəbul olunmuş qətnamənin qəbulu texnoloji yeniliklər vasitəsilə səmərəli ictimai xidmətlərin göstərilməsi sahəsində Azərbaycanın ASAN Xidmət təcrübəsinin təşviq olunması, əldə edilmiş nailiyyətlərin bölüşməsi və müsbət yeniliklərin mübadiləsi üçün əlverişli imkanlar yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR