Azərbaycan FHN Xəzər dənizində təlim keçirəcək - VİDEO

Azərbaycan FHN Xəzər dənizində təlim keçirəcək - <span style="color: red;">VİDEO
# 19 oktyabr 2015 12:07 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə 2015-ci ilin noyabr ayında müvafiq texnika və avadanlıqlar cəlb edilməklə nazirliyin xilasetmə qurumlarının şəxsi heyətinin iştirakı ilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

FHN-dən APA-ya verilən məlumata görə, komanda-qərargah təlimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində baş tutacaq.

Hazırda göstərilən ərazidə, Şıxov çimərliyinin yaxınlığında təyyarə və helikopterlərdən də istifadə edilməklə təlimə hazırlıq məşqləri keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR