BAXCP Günəşli yatağında baş vermiş qəzada ölənlərin doğmalarına başsağlığı verib

BAXCP Günəşli yatağında baş vermiş qəzada ölənlərin doğmalarına başsağlığı verib
# 07 dekabr 2015 10:20 (UTC +04:00)

Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP İdarə Heyəti Günəşli yatağında baş vermiş qəza nəticəsində ölənlərin doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına başsağlığı verib.

BAXCP ümid edir ki, Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini tez bir zamanda araşdıraraq ictimaiyyətə məlumat verəcək, əgər hadisədə günahı olan, yaxud vəzifə səhlənkarlığına yol verən şəxslər varsa, onlar da öz layiqli cəzalarını alacaqlar.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ partiyanın Ali Məclisinin dekabrın 26-da keçiriləcək sessiyasının gündəliyi ilə bağlı olub. Ali Məclisin gündəliyinə tövsiyə olunan məsələlərin müzakirəsindən sonra yekun qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR