Bakı - APA. Bu gün bir qrup gənc növbəti dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib.
APA-nın məlumatına görə, aksiya iştirakçıları Ə. Kərimlinin cəbhə xəttində baş verən hadisələrdə tutduğu mövqeni qınayıb, onu Azərbaycan dövlətinin siyasətinə qarşı çıxmaqda ittiham ediblər.
Aksiya iştirakçıları Ə. Kərimlini Azərbaycan ordusunun uğurlarına kölgə salmamağa, ermənipərəst mövqedən daşınmağa çağırıblar.
Aksiyada "Ar olsun!", "Şəhidlər ölməz, vətən bölünməz" və başqa şüarlar səsləndirilib.
Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.
Xatırladaq ki, Ə. Kərimlinin evi qarşısında etiraz aksiyaları bir neçə gündür, davam edir.
Əli Kərimlinin evinin qarşısında etiraz aksiyaları davam edir
12 aprel 2016 12:18 (UTC +04:00)
Daxili siyasət
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı NK-da iclas keçirilib
14:17
24 may 2024
Zahid Oruc: Saxta boşanmalar kütləvi hal alıb, qarşısının alınması yolları tapılmalıdır
13:47
24 may 2024
Deputat: Nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi
11:25
24 may 2024
Milli Məclisin iclası başlayıb
11:01
24 may 2024