Naxçıvanda əlil uşaqlar məktəbəqədər təhsil müəssisələrinə və ümumtəhsil müəssisələrinə cəlb ediləcəklər

Naxçıvanda əlil uşaqlar məktəbəqədər təhsil müəssisələrinə və ümumtəhsil müəssisələrinə cəlb ediləcəklər
# 11 yanvar 2016 22:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvanda 2016-2020-ci illər ərzində tədris illərinin əvvəlində sağlamlıq imkanları məhdud uşaqlar mövcud potensialları nəzərə alınaraq ümumtəhsil müəssisələrinə və görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbə cəlb ediləcək.

APA-nın məlumatına grə, bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə təsdiqlənən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqram”ında əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə məsul qurumlar müəyyən ediliblər.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, rayon (şəhər) icra hakimiyyətləri tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi də həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sağlamlıq imkanları məhdud uşaqların Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə yerləşdirilməsi və təlim-təhsil işlərinin həyata keçirilməsini də mütəmadi olraq təmin edəcək. Proqramda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tədris illərinin əvvəlində əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən sağlamlıq imkanları məhdud uşaqların distant tədrisə cəlb edilməsi də təmin etməlidir. Eyni zamanda tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud uşaqların məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin ediləcəklər.

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə 2016-2020-ci illərdə muxtar respublikada məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrin təmiri və tikintisi zamanı sağlamlıq imkanları məhdud şəxslərin sərbəst hərəkəti üçün müvafiq şəraitin (əlil arabası üçün panduslar, sanitar qovşaqlarda xüsusi şərait və sair) yaradılmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR