ABŞ-da avtobus minik avtomobili ilə toqquşub, 13 nəfər xəsarət alıb

ABŞ-da avtobus minik avtomobili ilə toqquşub, 13 nəfər xəsarət alıb
# 13 mart 2016 17:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Las Veqas şəhərində (Nevada ştatın) avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, toqquşmadan sonra turist avtobusu aşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.

Qeyd olunur ki, avtobusun sürücüsü həbs edilib. Ehtimala görə, o avtomobili sərxoş halda idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR