Məhkəmə ANS-in MTRŞ-ya qarşı daha bir şikayəti üzrə qərar qəbul edib

Məhkəmə ANS-in MTRŞ-ya qarşı daha bir şikayəti üzrə qərar qəbul edib
# 08 fevral 2016 08:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ANS müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayət üzrə qərar qəbul edib. Qərara əsasən, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, MTRŞ ANS-in inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə qərar qəbul edib. ANS həmin qərardan Səbail rayon Məhkəməsinə şikayət edib. Məhkəmə şikayəti təmin etmədiyindən şirkət apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR