2016-cı ildə Yer Kürəsində 7 güclü maqnit qasırğası gözlənilir

2016-cı ildə Yer Kürəsində 7 güclü maqnit qasırğası gözlənilir
# 29 dekabr 2015 00:15 (UTC +04:00)

Bakı-APA. 2016-cı ildə Yer Kürəsində 7 güclü maqnit qasırğası gözlənilir.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-nin “Antistixiya” mərkəzinin mütəxəssisləri bildirib.

Ümumilikdə, qarşıdan gələn ildə 40 maqnit qasırğası olacağı proqnozlaşdırılır. 2016-cı ildə Günəş aktivliyinin azalması davam etsə də, Günəş səthində partlayışlar baş verəcək.

Qeyd edək ki, 2015-ci il, yanvarın 1-dən noyabrın 1-dək Yer kürəsində 36 maqnit qasırğası qeydə alınıb, onlardan 7-si güclü hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR