Akkan Süver: “Azərbaycan təkcə türk dünyasında, Avropada deyil, qlobal miqyasda qəbul edilən dövlətdir”

Akkan Süver: “Azərbaycan təkcə türk dünyasında, Avropada deyil, qlobal miqyasda qəbul edilən dövlətdir”
# 10 mart 2016 10:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “2016-cı ilin Azərbaycan tərəfindən multikulturalizm ili elan edilməsi və prezident İlham Əliyevin bu xəttin sənaye, iqtisadiyyat, ticarət qədər önəmli olduğunu bildirməsi Azərbaycanın sahib olduğu yüksək dəyəri ortaya qoyur”.


APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Mərmərə Vəqfinin başqanı, doktor Akkan Süver deyib. “Bu gün Azərbaycan təkcə türk dünyasında, Avropada deyil, qlobal miqyasda qəbul edilən bir dövlətdir. Bunun ən önəmli göstəricisi multikultiralizmə verdiyi dəyərdir. Prezidentin açılış nitqi və indiyə qədər natiqlərin qeyd etdikləri onu göstərir ki, Azərbaycan etibarlı ölkədır”, - deyə o, söyləyib.


A. Süverin sözlərinə görə, Azərbaycanın yüksək etibarını Bakı forumunda çoxlu prezidentin, dövlət adamlarının, sabiq prezident və hökumət başçılarının, vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin bir araya gəlməsi sübut edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR