20 yanvarda saat 12.00-da anım dəqiqəsində Azərbaycanda qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər

20 yanvarda saat 12.00-da anım dəqiqəsində Azərbaycanda qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər
# 18 yanvar 2016 13:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. 20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Tədbirlər Planına əsasən “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

20 yanvar tarixdə saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. 20 yanvar 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR