Rusiyada mədəndə baş verən partlayışda 4 nəfər ölüb, 26 nəfərin axtarışı davam edir

Rusiyada mədəndə baş verən partlayışda 4 nəfər ölüb, 26 nəfərin axtarışı davam edir
# 26 fevral 2016 08:29 (UTC +04:00)

Bakı - APA. Ötən gün Rusiyanın Vorkuta şəhərindəki “Şimal” mədənində dağ süxurlarının uçması nəticəsində partlayış baş verib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə zamanı mədəndə 108 fəhlə olub.

Partlayış baş verən zaman 88 nəfər təxliyə edilib. İki günlük axtarışlar nəticəsində 4 nəfərin meyiti tapılıb.

Partlayış baş verən ərazidə olmuş daha 26 nəfərin axtarışları davam etdirilir. Xilas edilmiş insanlardan yalnız 8-i xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR