Baş nazirin müavini: "Gürcüstan gələcəkdə İrandan yalnız Azərbaycan və Ermənistandan keçməklə qaz ala bilər"

Baş nazirin müavini: "Gürcüstan gələcəkdə İrandan yalnız Azərbaycan və Ermənistandan keçməklə qaz ala bilər"
# 04 noyabr 2015 13:10 (UTC +04:00)

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında bu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

"Gürcüstanın "Qazprom"la əvvəllər də münasibəti olub və biz bu şirkətdən kommersiya obyektləri üçün qaz alırdıq. Hazırda da alırıq, yəqin ki, gələcəkdə də alacağıq", - deyə baş nazirin müavini bildirib.

K. Kaladzenin sözlərinə görə, Gürcüstan gələcəkdə İrandan da qaz ala bilər: "Bunun üçün gözləyəcəyik. Bizim əvvəllər İranla olan münasibətlərimizdən xəbərdarsınız. Bu gün İranla vəziyyət tamam başqadır və münasibətlərimiz yüksək səviyyədədir. Gürcüstan gələcəkdə İrandan yalnız Azərbaycan və Ermənistandan keçməklə qaz ala bilər. Bizim başqa yolumuz yoxdur. Bu, uzunmüddətli layihədir, bunu müzakirə edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR