Azərbaycanın Rusiyadakı səfirliyi: Sosial şəbəkələrdə səhifəmiz yoxdur

Azərbaycanın Rusiyadakı səfirliyi: Sosial şəbəkələrdə səhifəmiz yoxdur
# 04 aprel 2016 16:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycanın Rusiyadakı səfirliyi bəzi sosial şəbəkələrdə səfirliyin “Twitter”dəki səhifəsinin erməni hakerləri tərəfindən dağıdılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

APA-nın məlumatına görə, bu barədə səfirliyin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, səfirlik heç bir sosial şəbəkədə təmsil olunmur: “Həmçinin qeyd edirik ki, səfirliyin yalnız internet səhifəsi mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR