AFFA-nın İntizam Komitəsi səhvini düzəldib

AFFA-nın İntizam Komitəsi səhvini düzəldib
# 29 dekabr 2015 10:59 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsi səhvini düzəldib. Apasport.az saytının məlumatına görə, komitə ötən iclasında I divizionun “Qaradağ Lökbatan” – “Ağsu” matçı ilə bağlı çıxardığı qərara yenidən baxıb.

Belə ki, həmin qərara əsasən “Qaradağ Lökbatan”ın məşqçisi Arif Rizvanov texniki zona qaydaların pozduğuna görə 1 oyunluq cəzalandırılmışdı. Lakin oyunun protokolunda iki komandanın məşqçiləri səhv düşüb. Sənəddə “Qaradağ Lökbatan”ın çalışdırıcısı Araz Əliyevin əvəzinə “Ağsu”nun məşqçisi Arif Rizvanovun adı qeyd olunub. Bu üzdən də protokola əsaslanan komitə məhz Rizvanovu cəzalandırıb.

Daxil olan yeni faktlara və hakimin raportuna əsasən İntizam Komitəsi bu məsələyə yenidən qayıdaraq “Qaradağ Lökbatan” məşqçisi Araz Əliyevin cəzalanmasına qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR