Toni Adams: “Məhz həmin futbolçulara görə “Qəbələ” turnir cədvəlində 6-cı pillədə qərarlaşmışdı”

Toni Adams: “Məhz həmin futbolçulara görə “Qəbələ” turnir cədvəlində 6-cı pillədə qərarlaşmışdı”
# 21 sentyabr 2015 09:47 (UTC +04:00)

Bakı  - APA. “Qəbələ” prezidentinin düşündüyü layihədə ölkədə ən yaxşı futbol akademiyasını inşa etmək, əla şərait qurmaq, Azərbaycan Premyer Liqasında çempionluğa oynayan komanda yaratmaq və heyətə bir neçə ildən sonra öz akademiyamızın yetirmələrini cəlb etmək kimi məsələlər yer alırdı. Artıq ölkənin ən yaxşı futbol akademiyasına sahibik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun futbol direktoru Toni Adams deyib.

 

“Arsenal”ın keçmiş əfsanəsi Britaniya mətbuatına geniş müsahibəsində “Qəbələ” və Azərbaycan futbolu haqda da danışıb.

 

O, “Qəbələ”nin infrastrukturu barədə məlumat verib: “Məncə, Azərbaycanın bütün yığmalarına gedən futbolçuların 50 faizi məhz “Qəbələ”nin akademiyasının yetirmələridi. Yaradılan şəraitə söz ola bilməz. 6 qapalı, 2 sintetik örtüklü meydança və 4 minlik stadion. Akademiya və oteli də qeyd etməliyəm. Akademiya yaratdıqdan sonra biz “Qalatasaray”ın məşqçisi Ali Yavaşı dəvət etdik. Bundan sonra isə “Feyenord”dan Stenli Brardı kluba gətirdim. Onun qarşısında komandanın oyun tərzini formalaşdırmaq missiyası qoyuldu. “Qəbələ”nin prezidenti “Barselona”nın oyununu bəyəndiyini bildirdi. Biz hamımız bu komandanın oyun stilini bəyənirik. O istəyirdi ki, “Qəbələ” də baxımlı futbol sərgiləsin. Bu səbəbdən məhz Stenlini məsləhət gördüm. “Barselona”da total futbolu Yohan Kroyff yaratmışdı. Prezidentimiz dedi ki, Stenli həmin işi “Qəbələ”də görə bilər”.

 

Adams bildirib ki, Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ” daha inamlı təsir bağışlayır: “Bir ara komandada çoxlu rumıniyalılar çıxış edirdi. Məhz həmin futbolçulara görə “Qəbələ” turnir cədvəlində 6-cı pillədə qərarlaşmışdı. Bu vaxt prezidentimiz mənə dedi ki, Toni, mənə əsas komanda ilə bağlı kömək lazımdı. Mənə klubda futbol direktoru vəzifəsini tutmağı təklif etdi. Əsas komandaya kömək lazım olduğundan, mən Azərbaycana qayıtdım. Yanvarda komandanın baş məşqçisi postuna Roman Qriqorçuk gətirildi. Eyni zamanda, bir neçə ukraynalı futbolçu transfer edildi. Mən bu məşqçinin işindən heyrətləndim. O, möhtəşəm məşqçidi. Ünsiyyətə açıqdı, dürüstdü, dinləməyi və qərarını dəyişməyi bacarır. Ötən mövsüm ardıcıl 8 oyunda komanda qələbə qazandı və mövsümü 3-cü pillədə başa vurduq. Cari mövsümə də yaxşı başladıq. Bundan əlavə, “Qəbələ” Avropa Liqasında da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bizim bəxtimiz gətirdi ki, Avroliqanın seçmə mərhələsində Gürcüstan, Serbiya və Kipr komandaları ilə qarşılaşdıq və bu, komandanın inkişafı üçün xeyirli oldu. “Panatinaikos” qarşılaşdığımız ilk ciddi rəqib idi”.  

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR