“Nar” Böyük Britaniyanın mobil operatoru ilə əməkdaşlığa başlayıb

“Nar” Böyük Britaniyanın mobil operatoru ilə əməkdaşlığa başlayıb
# 28 yanvar 2016 11:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” Avropanın ən böyük mobil rabitə operatorlarından biri sayılan Böyük Britaniyanın “EE/T-Mobile UK” şirkəti ilə kommersiya razılaşması əldə edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində “Nar” və Birləşmiş Krallığın ən böyük mobil operatoru olan “EE/T-Mobile” öz abunəçilərinə rominqdə olarkən daha keyfiyyətli GSM xidməti göstərə biləcəklər.

“Nar” operatorunun “Bir zona – bir qiymət” prinsipinə əsaslanan rominq xidməti dünyanın 165-dən artıq ölkəsini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR