Bank Of Baku

Məhkəmə və hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertizaların sayı artıb

Məhkəmə və hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertizaların sayı artıb
# 07 fevral 2022 18:40 (UTC +04:00)

2021-ci ildə məhkəmə və hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertizaların sayı 25 faizdən çox artıb.

APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəis əvəzi Rahim Rəhimov Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı keçirilən müşavirədə deyib.

Rəis əvəzi bildirib ki, ekspertizaların 50%-ə qədəri daxili işlər orqanları, 33%-i məhkəmələr, 8%-i prokurorluq, qalanı isə digər qurumlar tərəfindən təyin edilib. Keçirilən ekspertizaların 24%-i cinayət, 31%-i mülki, kommersiya və digər qeyri-cinayət işləri, habelə 45%-i isə istintaqa qədər materiallarla bağlı olub.

Qeyd olunub ki, ümumilikdə 41 ekspertiza ixtisası, o cümlədən ballistik, trasoloji, narkotik vasitələr, yol-hərəkət hadisələri, tikinti-texniki, əmtəəşünaslıq, xətşünaslıq və başqa növlər üzrə 38 mindən çox işə baxılıb, ekspertlər tərəfindən 1 milyondan çox tədqiqat obyekti araşdırılaraq qoyulan sualların 97%-nin həllinə nail olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR