İmişlidə baş verən avtoqəzada 8 nəfər xəsarət alıb

İmişlidə baş verən avtoqəzada 8 nəfər xəsarət alıb
# 27 dekabr 2016 17:28 (UTC +04:00)

İmişlidə baş verən avtoqəzada 8 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında İmişlidə rayonunda məskunlaşan Füzuli rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Fərmail Əlheydər oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə İmişli sakini, 1982-ci il təvəllüdlü Abışov Yengibar Yadigar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə avtomobilin sürücüləri, sərnişinlər Füzuli rayon sakinləri – 1963-cü il təvəllüdlü Cəfərova Elmira Adışirin qızı, onun bacısı, 1971-ci il təvəllüdlü Züleyxa Cəfərova, 2002-ci il təvəllüdlü Cəfərova Bəsti Elxan qızı, 2004-cü il təvəllüdlü Cəfərov Elşad Elxan oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Gülnar Cəfər qızı və Quliyeva Dərya Pərviz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan Fərmail Qasımov əməliyyat olunub, qalanları isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR