Bakıda mağazadan 200 min manatlıq ərzaq oğurlanıb

Bakıda mağazadan 200 min manatlıq ərzaq oğurlanıb
# 21 mart 2020 14:41 (UTC +04:00)

Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.

Araşdırma nəticəsində onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR