Həmsədrlər Nikol Paşinyanla görüşüblər

Həmsədrlər Nikol Paşinyanla görüşüblər
# 20 fevral 2019 21:30 (UTC +04:00)

Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri baş nazir Nikol Paşinyanla görüşüblər. ONA-nın “news.am”a istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bu ilin yanvarında Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş barədə həmsədrlərə məlumat verilib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müvafiq atmosferin yaradılmasına dair fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, ATƏT-n Minsk qrupu həmsədrləri xarici işlər naziri Zöhrab Mnasakanyanla da görüşüblər.

Həmsədrlərin regiona səfəri ötən gün başlayıb. Onların Ermənistandan sonra Azərbaycana gəlməsi gözlənilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR