Paşha Bank
Bank Of Baku

Baş Prokurorluq və DİN Yevlaxda 8 ay əvvəl baş verən qətllə bağlı birgə məlumat yayıb - YENİLƏNİB - VİDEO

Səidə Hüseynova, Elnur Hüseynov 

© APA | Səidə Hüseynova, Elnur Hüseynov 

# 16 dekabr 2021 10:31 (UTC +04:00)

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Yevlaxda 8 ay əvvəl baş verən qətl barədə birgə məlumat yayıb.

APA-nın xəbərinə görə,birgə məlumatda deyilir:

“Xəbər verildiyi kimi, Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb hadisənin izini itirmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün 2021-ci ilin aprel ayının 14-də Səidə Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb".

Məlumatda qeyd olunub ki, Elnur Hüseynova 15 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə Yevlax rayon prokurorluğunda ittiham elan edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

10.28

Yevlaxda 8 ay əvvəl cücə sexində baş verən yanğın zamanı ölən qadının qohumu tərəfindən qəsdən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

APA-nın əldə etdiyi məlumata görə, kiçik sahibkarlıqla məşğul olan Səidə Hüseynovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Elnur Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.

Zərərçəkmiş şəxsin hüquqi varisinin müdafiəçisi vəkil Sadiq Rəsulovdur.

Xatırladaq ki, kiçik sahibkarlıqla məşğul olan 1968-ci il təvəllüdlü Səidə Hüseynova bu il aprelin 14-də rayonunun Aşağı Bucaq kəndində, özünə məxsus cücə sexində baş verən yanğın zamanı çoxsaylı yanıq xəsarətləri alaraq hadisə yerində həlak olub.

Hadisə ilə bağlı aparılan ilkin araşdırmadan sonra yanğının ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.

Mərhumun bacısı Rahilə Əhmədova isə hadisə baş verən gündən hadisənin qəsdən, tamah niyyəti ilə xüsusi amansızlıqla törədildiyini, iddia etmişdi.

APA-nın araşdırma nəticəsində əldə etdiyi məlumata görə, hadisənin Səidə Hüseynovanın bacısı qızının əri, Çaykənd kənd sakini Elnur Hüseynov tərəfindən tamah məqsədilə qəsdən törətdiyi barədə əsaslı şübhələr müəyyən edilib.

Əvvəllər kənd məktəbində fizika müəllimi işləmiş E.Hüseynov bundan əvvəl də tamah məqsədilə bənzər hadisələr törədib.

E. Hüseynov sözügedən hadisəni törətmək üçün əvvəlcədən xüsusi plan hazırlayıb. Günlərlə S. Hüseynovanı izləyib, mərhum sexdə tək olduğu gün planını həyata keçirib.

E. Hüseynov şübhəli şəxs kimi saxlanıldıqdan sonra etiraf edib ki, həmin günü gecə sexə daxil olaraq əvvəlcə küt alətlə S. Hüseynovanın başından vuraraq yerə yıxıb. Sonradan isə onu bıçaqlayaraq qətlə yetirib.

Bundan sonra mərhuma məxsus pul və qızıl-zinət əşyalarını götürdükdən sonra izi itirmək məqsədi ilə sexi yandıraraq ərazidən uzaqlaşıb.

E. Hüseynov bundan əvvəl də ənənəvi olaraq oğurluq etdiyi yerlərdə izi itirmək üçün yanğın törədirmiş.

O, bu hadisəni tək etdiyini desə də, bir neçə nəfərlə birlikdə törətdiyi istisna edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR