Sumqayıtda kabel oğurluğu ilə məşğul dəstə zərərsizləşdirilib

Sumqayıtda kabel oğurluğu ilə məşğul dəstə zərərsizləşdirilib
# 18 sentyabr 2017 09:39 (UTC +04:00)

Sumqayıtda kabel oğurluğu ilə məşğul olan şəxsləri tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıblar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyənləşib.

Hər iki şəxs tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR