Şəmkirdə 4 otaqlı ev yanıb

Şəmkirdə 4 otaqlı ev yanıb
# 08 may 2018 19:41 (UTC +04:00)

Şəmkirdə yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidə 30 m2 sahəyə yığılmış köhnə ev əşyaları və taxta tullantıları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR