Ekologiya və təbii sərvətlər naziri Şirvanda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Şirvanda vətəndaşları qəbul edib
# 27 yanvar 2017 08:18 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şirvan şəhərində Saatlı, Sabirabad, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan 40-dan çox vətəndaşı qəbul edib. Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerindəcə öz həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR