"AzerGold"un keçirdiyi iki tenderin qalibi məlum olub

"AzerGold"un keçirdiyi iki tenderin qalibi məlum olub
# 16 noyabr 2017 06:03 (UTC +04:00)

"AzerGold" QSC tərəfindən keçirilən iki tenderin qalibi məlum olub.

"APA-Economics" xəbər verir ki, QSC-nin 23 oktyabr 2017-ci il tarixində istehsalat sahələrində çalışan işçilərə təhlükəsiz əmək şəraitinin təmin edilməsi məqsədi ilə xüsusi mühafizə vasitələrinin satınalınması məqsədi ilə keçirdiyi açıq tenderdə "Debet Uniform" MMC qalib gəlib.

Bundan başqa, 24 oktyabr 2017-ci il tarixində ERP sisteminin yaradılmasının satınalınması məqsədi ilə keçirilən açıq tenderdə "Enterprise Solutions Consulting Group" MMC qalib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR