“Keşlə” klubu saxlanılan futbolçularla bağlı bəyanat yayıb

“Keşlə” klubu saxlanılan futbolçularla bağlı bəyanat yayıb
# 30 noyabr 2017 09:00 (UTC +04:00)

“Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması ilə bağlı klub rəsmi bəyanat yayıb. Apasport.az saytı xəbər verir ki, adıçəkilən futbolçular danışılmış oyunlarda şübhəli bilindikləri üçün paytaxt təmsilçisi onlarla müqaviləyə bir neçə gün əvvəl xitam verib.

Bəyanatda bildirilir ki, əsas komandanın futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 matçda danışılmış oyunlarda iştirakına şübhələr yaranıb.

Bu səbəbdən 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR