Bakıda Oksigen Zavodunun açılışı olub

Bakıda Oksigen Zavodunun açılışı olub
# 13 oktyabr 2016 08:15 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev “Baku steel company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.

APA-nın məlumatına görə, MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyevə burada hazırda icra olunan üç yeni layihə barədə məlumat verilib. Yeni layihələrə ferroərintilərin və şıxta materiallarının soba və soba-çalova verilməsini təmin edən müasir avtomatlaşdırılmış qurğunun, 9 metr radiusda olan üçşırnaqlı, tökmə surəti dəqiqədə 5 metr olan fasiləsiz pəstahtökmə maşınının quraşdırılması, həmçinin illik məhsuldarlığı 550 min ton olan çeşidli yayma xəttinin yaradılması daxildir. “Baku steel company” MMC bu layihələri İtaliyanın “Danieli” şirkəti ilə reallaşdırır.

Sonra prezident İlham Əliyev oksigen zavodunun açılışında iştirak edib. Dövlət başçısı zavodu işə salan düyməni basıb.

Prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış olub. Dövlət başçısı burada istehsal olunan məhsullara baxıb.

Müəssisə ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR