Oğurluqda təqsirləndirilən iki nəfər məhkəmə zalında həbs olunub

Oğurluqda təqsirləndirilən iki nəfər məhkəmə zalında həbs olunub
# 10 noyabr 2016 08:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və oğurluqda təqsirləndirilən Babək Atamalıyev, Hüseynağa Ağayev və Musa Cavadlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Atamalıyev 19 il, digər təqsirləndirilənlər - Musa Cavadlı 2 il 11 ay, Hüseynağa Ağayev isə 3 il 5 ay azadlıqdan məhrum ediliblər. M. Cavadlı və H. Ağayev məhkəmə zalında həbs olunublar.

Qeyd edək ki, martın 22-də saat 01 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında Məmmədov Namiq Əlibaba oğlunun üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Atamalıyev Babək Teymur oğlu tərəfindən törədilməsinə şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, B. Atamalıyev digər iki nəfərlə əlbir olaraq həm də bir neçə mağazadan oğurluq edib.

H.Ağayev və M.Cavadlı yetkinlik yaşına çatmadığından onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR