Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olub

Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olub
# 04 aprel 2017 10:25 (UTC +04:00)

Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur.

APA-nın xəbərinə görə, bu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (MƏAK İB) 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyalarına Yardım Günü ilə bağlı məlumatında əksini tapıb. Aparılan tədqiqatların nəticələrinə görə, Azərbaycanda 3000-dək şəxsin mina və partlamamış hərbi sursatların qurbanı olması müəyyənləşdirilib ki, mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir: “Azərbaycanın elə bir regionu yoxdur ki, orda mina qurbanları olmasın”.

Beynəlxalq mina xəbərdarlığı və mina aksiyalarına yardım günü olduğunu nəzərə alan BMT-nin yeni seçilmiş Baş Katibi Antonio Guterres dünya ictimaiyyətinə müraciət edib.

Qeyd olunub ki, hazırda dünya ölkələrinin 80%-dən çoxu (162 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) və 119 ölkə Kasetli Silahlara dair Konvensiyanın üzvüdür: “Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 35 dövlət Ottava Konvensiyasına qoşulmayıb. Son hesabatlara görə 60 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılır, milyardlarla ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub. Bu Konvensiyaların qəbul olunmasından sonra yüz kilometrlərlə ərazi bu silah-sursatların təsirindən təmizlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR