Əfqanıstanda silahlıların hücumu nəticəsində 50 nəfər ölüb

Əfqanıstanda silahlıların hücumu nəticəsində 50 nəfər ölüb
# 06 avqust 2017 18:45 (UTC +04:00)

Əfqanıstanın şimalında naməlum silahlılar Sarı-Pul kəndinə hücum ediblər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 50 nəfər ölüb.

Ölənlərin əksəriyyətinin dinc sakinlər olduğu bildirilir. İnsident zamanı Əfqanıstan ordusunun 7 hərbçisi həlak olub, bir neçə silahlı məhv edilib.

Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR